ABŞ-ın cənubundakı Alabama ştatında baş verən atışmada 3 nəfər ölüb, ən azı 12 nəfər yaralanıb.
"Unikal" xəbər verir ki, bu barədə Baldvin dairəsinin müstəntiqi Andre Rid yerli KİV-ə açıqlamasında bildirib.
Atışma zamanı təxminən 1000 nəfər Stokton bölgəsindəki ziyafətə qatılıb.
Rid bildirib ki, qurbanların əksəriyyəti gənclərdir.
Ridin sözlərinə görə, atışmada hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak etməyiblər.