Sergey Şoyqu Rusiyanın müdafiə naziri postundan azad edilərək Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi təyin edilib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin fərman verib. 

Nikolay Patruşev də, öz növbəsindən Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edilərək başqa işə keçirilib.

Onun yeni vəzifəsi hələlik açıqlanmır.