Rusiya Prezidenti Vladimir Putin Dmitri Koçnevin Federal Təhlükəsizlik Xidmətinin (FSO) direktoru vəzifəsinə təyin edilməsini təklif edib.

"Unikal" xəbər verir ki, bu barədə Federasiya Şurasının mətbuat xidməti məlumat yayıb. 

Bundan başqa, Putin Vladimir Kolokoltsevi yenidən Daxili İşlər Nazirliyinin rəhbəri təyin etməyi təklif edib. Hesablama Palatasının rəhbəri vəzifəsinə isə prezident administrasiyasının nəzarət şöbəsinin müdir müavini Boris Kovalçukun namizədliyini irəli sürüb.