Ukraynanın Birinci xanımı Yelena Zelenskaya Serbiyaya səfər edib. 

"Unikal" xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat verib. 

Serbiya Prezidenti Aleksandr Vuçiçin həyat yoldaşı Tamara Yelena Zelenskayanı Serbiya və Ukrayna Xarici İşlər nazirliklərinin rəhbərlərinin iştirakı ilə Belqradda qəbul edib. 

Vuçiç və Zelenskaya Belqrad şəhər kitabxanasına, Belqrad qalasına və Kalemeqdan parkına baş çəkiblər. 

Vuçiç və Zelenskayanı Serbiyanın xarici işlər naziri Marko Curiç və ukraynalı həmkarı Dmitri Kuleba, həmçinin Ukrayna səfiri Vladimir Tolkaç müşayiət edib.