Kuba inqilabçısı Fidel Kastronun qol saatı İtaliyada hərracda çıxarılacaq. 

"Unikal" xəbər verir ki, müsahibə zamanı jurnalist Gina Lollobrigidaya hədiyyə etdiyi saatın qiyməti açıqlanmayıb. 

Həmçinin,  qol saatının üzərində "Heyranlıqla Gina"  sözləri yer alıb. Ötən il 95 yaşında vəfat edən Lollobrigidaya məxsus 400-dən çox zərgərlik, mebel və digər əşyaları da hərraca çıxarılacaq.

İtaliyanın Genuya şəhərindəki "Wannenes" hərrac evində hərraca çıxarılan digər əşyalar arasındaMerilin Monro, Pol Nyuman və Bill Klintondan tutmuş Henri Kissincerə, Humfri Boqart və Salvador Daliyə qədər hər kəslə görüşlərinin fotoşəkilləri və xatirə əşyaları da yer alıb.  

Fidel Kastronun qol saatı, şəkil - Xəbərlər Zakon.kz 12.05.2024 16:36