Mayın 13-də səhər saatlarında Kerç boğazı üzərindən keçən körpüdə nəqliyyatın hərəkəti ikinci dəfə bağlanıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
"Krım körpüsündə avtomobillərin hərəkəti müvəqqəti olaraq bağlanıb", - məlumatda deyilir.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hava hücumundan müdafiə sistemləri Krım üzərində Ukraynanın 4 "Fırtına kölgəsi" qanadlı raketini məhv edib.
Hazırda keçiddə olan sürücülərdən təhlükəsizlik işçilərinin göstərişlərinə əməl etmələri və sakit olmaları xahiş olunur.
Ağarza Elçinoğlu