"Biz terror təşkilatı (HƏMAS - red.) liderlərinin deportasiyası məsələsini müzakirə edirik".
"Unikal" xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu amerikalı jurnalist Dan Sinora müsahibəsində deyib.
Onun sözlərinə görə bu, ilk növbədə, HƏMAS-ın təslim olmasından asılıdır.
Netanyahu müharibədən sonra Qəzza zolağının HƏMAS, region ölkələri ilə heç bir əlaqəsi olmayan yerli əhalinin idarə edəcəyinə ümid etdiyini bildirib: "İkinci məqsədimiz girovları qaytarmaqdır, məqsədimiz budur və ona görə də hərbi təzyiqlər edirik. Biz indiyədək heç bir müasir ordunun üzləşmədiyi çətinliklərlə üzləşirik".
Ağarza Elçinoğlu