Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-27 təyyarəsi Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Departamentin məlumatında deyilir ki, Rusiya hərbçiləri gün ərzində həmçinin 33 pilotsuz uçuş aparatını, altı “Toçka-U” taktiki raketini, “Vilkha”, “Vampire” və “HIMARS” reaktiv yaylım atəş sistemlərindən 39 raketi və beş “Hammer” idarəolunan bombanı məhv edib.