Kənd təsərrüfatı məhsulları istehsal edən “Orka” təşkilatının polşalı fermerləri Seymin (parlamentin aşağı palatası) binasında aclıq aksiyası elan ediblər. 

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

"Biz aclıq aksiyasına başlayırıq və baş nazir Donald Tusk bizimlə görüşənə qədər aclığı dayandırmayacağıq", - aclıq aksiyası təşkilatçılarının lideri Marius Borovyak deyib. 

Onun sözlərinə görə, aclıq aksiyası elan edənlər ancaq su içəcəklər.

Ağarza Elçinoğlu