İspaniyada dünyada ilk dəfə olaraq insanlarda onlarla siçovul virusuna - hepatit E-yə yoluxma halı aşkarlanıb. 

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, Rocahepevirus ratti virusu (RHEV) ilk dəfə 2010-cu ildə Almaniyada aşkar edilib. 2018-ci ildə siçovul hepatitinə yoluxmuş ilk insan aşkar edilib.

"Yeni xəstələr İspaniyanın Andalusiya, Qalisiya, Navarra və Kataloniya kimi çox ayrı bölgələrindəndir. Bu, virusun ölkənin əksər bölgələrində olduğunu göstərir. Bu 40 yoluxma hadisəsi 10 xəstəxanadan 250-dən çox xəstədən götürülmüş nümunələrin təhlili yolu ilə müəyyən edilib", - tədqiqatçı Antonio Rivero Juarez bildirib.

Virusun gəmiricilərdən insanlara necə keçdiyi hələ müəyyən edilməyib. 

Ağarza Elçinoğlu