Həyat yoldaşı Saltanat Nukenovanı qətlə yetirən Qazaxıstanın keçmiş iqtisadiyyat naziri Kuandıq Bişimbayev 24 il müddətinə azadlıqdan məhrum edilib.

"Unikal" xəbər verir ki, bu barədə Qazaxıstan KİV-ləri  məlumat yayıb. 

Bildirilir ki,  hökmü Astananın cinayət işləri üzrə ixtisaslaşdırılmış rayonlararası məhkəməsinin sədri Ayjan Kulbaeva oxuyub.

Məhkum bu cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, Bişimbayev 2023-cü ilin noyabrında həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinərək həbs edilib. O, arvadını döyərək öldürüb. 

Gülayə Mecid