Moskvada Burdenko adına Baş Hərbi Hospitalda iki qumbara tapılıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

"Hadisə yerinə istehkamçılar cəlb olunub. Xəstəxanadan 10 nəfər təxliyə edilib, lakin başqa partlayıcı qurğu aşkar edilməyib. F-1 hərbi qumbaraları hospitalın sanitar qovşağında tapılıb. Aşkar edildikdən sonra döyüş sursatları xüsusi poliqonda məhv edilib", - məlumatda deyilir. 

Ağarza Elçinoğlu