"Ermənistan sülh gündəmini qəbul edib və ona sadiqdir".
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər, Avropa işləri və ticarət naziri Yan Borqun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.
"Ümid edirəm ki, ATƏT-ə sədrlik çərçivəsində siz Cənubi Qafqaz regionunu diqqət mərkəzində saxlayacaq və lazımi vasitələrdən istifadə etməklə Ermənistan və Azərbaycan arasında uzunmüddətli sülhün bərqərar olması prosesini təşviq edəcəksiniz", - deyə parlamentin sədri bildirib.
Ağarza Elçinoğlu