Rus sərhədçiləri Ermənistanın Azərbaycanla sərhədində yerləşən Nerkin And kəndindən geri çəkilib.
"Unikal" xəbər verir ki, bu barədə kəndin rəhbəri Xaçatur Bağdasaryan açıqlayıb.
Onun sözlərinə görə, Rusiya keçid məntəqəsində bir neçə rus əsgəri qalıb, onlar artıq keçidi qonşu müşahidə məntəqəsindən qorumur.
Ermənistan hökumətinin təşəbbüsü ilə 44 günlük müharibədən sonra bu ərazilərdə rus sərhədçiləri yerləşdirilib.
Xatırladaq ki, bu ilin 12 fevral tarixində Ermənistan Silahlı Qüvvələri adıçəkilən kənddən Azərbaycan mövqelərini atəşə tutmuşdular.
Ağarza Elçinoğlu