Ermənistanın baş naziri Nikol Paşinyan Danimarkaya işgüzar səfər edib.
“Unikal” xəbər verir ki, bu barədə onun mətbuat katibi Nazeli Baqdasaryan sosial şəbəkələrdə məlumat yayıb.
Paşinyan Kopenhagen Demokratiya Sammitində iştirak edəcək.
Kopenhagendə Paşinyanın danimarkalı həmkarı Mette Frederiksen, ölkə parlamentinin spikeri Syoren Gade, eləcə də NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenlə danışıqları planlaşdırılıb.