Avropa İttifaqı (Aİ) Ukrayna ilə vizasız ticarət rejiminin daha bir il uzadılmasını təsdiqləyib.
“Unikal” xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqalın “Telegram” kanalındakı səhifəsinə istinadla xəbər verir.
“Bu, daha bir il müddətinə rüsumsuz və kvotasız ticarət deməkdir” – deyən D.Şmiqal əlavə edib ki, vizasız ticarət rejiminin uzadılması Ukrayna istehsalçıları, ixracatı və bütövlükdə iqtisadiyyatı üçün mühüm dəstək olacaq.
Baş nazir yazıb: “Aİ-yə inteqrasiyanı sürətlə davam etdiririk”.
Xatırladaq ki, Aİ müharibə şəraitində Ukrayna istehsalçılarına və iqtisadiyyatına dəstək olmaq üçün 2022-ci il iyunun 4-də Ukrayna ilə muxtar ticarət tədbirləri tətbiq edib.