Ukraynalı hərbçilər Xarkov vilayətinin Rusiya hücumundan müdafiəsində nəticə əldə ediblər.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski xalqa axşam müraciətində məlumat verib.
Dövlət başçısının sözlərinə görə, mayın 13-də Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Oleksandr Sırski və Ukraynanın müdafiə naziri Rustem Umerov ona cəbhənin ən qaynar sektorları barədə məruzə ediblər.
Prezident bildirib ki, Xarkov vilayətində ukraynalı hərbçilərin əks-hücum hərəkətləri davam edir. Bu istiqamət, o cümlədən Volçansk və sərhədyanı ərazilər gücləndirilib.
Zelenski vurğulayıb ki, Ukrayna düşmənin necə hərəkət etdiyini başa düşür və qüvvələrin geri çəkilməsi ilə bağlı plan işləyir.
Rusiya diversantlarının Sumı və Çerniqov vilayətlərinə qarşı fəaliyyəti də qeydə alınır.
"Bizim vəzifəmiz tamamilə aydındır - Rusiyanın müharibəni genişləndirmək cəhdinin qarşısını almaq bu işin yerinə yetirilməsi indi vəzifədə olan hər kəsdən asılıdır - Çerniqovdan Volçanska, Xarkovdan Donbasa qədər", - deyə Zelenski əlavə edib.