"Demarkasiyada istədiyinizi edə bilərsiniz, əsas problem yol məsələsidir".
"Unikal" xəbər verir ki, bunu separatçı rejimin keçmiş komandanı Samvel Babayan deyib.
Onun sözlərinə görə, sonda Azərbaycana Ermənistan vasitəsilə Naxçıvanla əlaqə saxlamağa icazə veriləcək: "Əgər belədirsə, qalan proseslərə ehtiyac yoxdur. Bu proseslə olduğundan daha çoxunu əldə edə bilərik. Türkiyə və Azərbaycan hər iki tərəfə yollar çəkir, İran Ermənistan ərazisindən yol açmağın onlar üçün qırmızı xətt olduğunu deyir. Biz sərhədi dəyişmirik, biz Kalininqrad variantından istifadə edirik...onun çərçivəsində Azərbaycanla danışıqlar aparıb həll yollarını tapmaq lazımdır. Belə olan halda Tavuş kəndlərini təhvil vermək lazım deyil. Birinci sual yoldur, ordan başlamalıyıq, qalanı özü həll ediləcək. Sovet İttifaqına daxil olduğumuz ərazi ilə biz İttifaqın dağılmasından sonra müəyyən edilmiş əraziləri yox, həmin əraziləri təsbit edirik".
Babayan jurnalistin "Azərbaycan Sünikdən Zəngəzur dəhlizi istəyir" sözünə belə cavab verib: "Yalan deyirsiniz, götürün Azərbaycan prezidentinin müşavirinin noyabr bəyanatını, orada deyir ki, Kalininqrad variantını müzakirə etməyə hazırdırlar və bu, dəhliz demək deyil".
Ağarza Elçinoğlu