"Bu gün səhər İrəvanda polis əməkdaşları artıq 38 etirazçını saxlayıblar". 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

"38 fəalın hamısı polisin qanuni tələblərinə tabe olmadıqları üçün polis bölmələrinə aparılıb”, - məlumatda deyilir.

***10:06

Ermənistanın Baş naziri Nikol Paşinyanın istefasını tələb edən erməni müxalifətinin tərəfdarları səhər saatlarından etibarən İrəvanın mərkəzi küçələrini bağlamağa çalışırlar.

"Unikal" xəbər verir ki,  bu barədə Ermənistan KİV-ləri məlumat yayıb. 

Qeyd olunur ki, fəallar mərkəzi Saxarov meydanına gəliblər. Xüsusi təyinatlı polis qüvvələri vətəndaşların ətraf küçələri bağlamasına mane olmağa çalışır.

Gülayə Mecid