İrəvan şəhərində polislər ASALA terror təşkilatının üzvü Ambik Sasunyanı saxlayıb.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Qeyd edək ki, o, 1982-ci ildə Türkiyənin Los-Ancelesdəki konsulu Kemal Arıkanın qətlində ittiham edilərək əfv hüququndan yararlanmaq qadağası ilə ömürlük azadlıqdan məhrum edilib. 2016-cı ildə isə Kaliforniya Məhkəməsi Ambik Sasunyanın şərti azadlığa buraxılması barədə hökm çıxarıb. Üç il davam edən müzakirələr nəticəsində sözü gedən qərar 2019-cu ilin dekabrında icra olunub.