Reklam lövhəsinin altında ölənlərin sayının 14-ə yüksəlib.
"Unikal" xəbər verir ki, Mumbay polisi dağıntılar altında qalanlar üçün axtarış-xilasetmə işlərinin davam etdiyini açıqlayıb.
Polis hadisə zamanı yaralanan 70-dən çox insanın xəstəxanaya yerləşdirildiyi barədə məlumat paylaşıb.
Hadisə ilə bağlı istintaq davam edir.
***12:12
Hindistanın Mumbay şəhərinin Ghatkopar rayonunda fırtına səbəbindən yanacaqdoldurma məntəqəsinin üzərinə reklam lövhəsi aşıb.
"Unikal" xəbər verir ki, çox sayda avtomobilin üzərinə düşən reklam lövhəsinin altında qalması nəticəsində ən azı 8 nəfər ölüb, 59 nəfər yaralanıb.
Milli Fəlakətlərə Müdaxilə Qüvvələri (NDRF) dağıntılar altında qaldığı təxmin edilən 20 nəfərin axtarış-xilasetmə işlərinin davam etdiyini açıqlayıb. Məlumata görə, hadisədə həlak olanların ailələrinə maddi yardım ediləcəyini bildirilib.
Seymur Əli