Britaniya Şahzadəsi Harri və Meqan Markl tərəfindən qurulan Arçevell Fondu müflis elan edilib.
"Unikal" xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Məlumata görə, 2024-cü ilin yanvarında xeyriyyə fondu müflis elan edilib. Kaliforniya Baş prokuroru Rob Bontanın məktubuna görə, təşkilat 2023-cü ilin fevralından bəri tələb olunan illik yenilənmə haqqı hesabatlarını təqdim etməyib.
"Cinayətkar kimi qeyd olunan təşkilat yaxşı reputasiyaya malik deyil. Ona qeydiyyat tələb olunan fəaliyyətlərlə, o cümlədən xeyriyyə vəsaitlərinin toplanması və ya bölüşdürülməsi ilə məşğul olmaq qadağandır. Təşkilat həmçinin cərimələrə məruz qala bilər, onun qeydiyyatı Reyestr tərəfindən dayandırıla və ya ləğv edilə bilər", - deyə qeyd olunub.
Qeyd edək ki, Şahzadə Harri Böyük Britaniya Kralı III Çarlzın kiçik oğludur.
Ağarza Elçinoğlu