Meksikanın paytaxtı Mexikoda etirazçıların prezident sarayına hücumu nəticəsində onlarla hərbçi yaralanıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  Mexiko şəhərinin Zokalo meydanında etiraz aksiyası keçirən Böyükşəhər Polisi, Əməliyyat Qrupu və İctimai Təhlükəsizlik Katibliyinin 26 üzvü fişəng və fişənglərin parçaları ilə yaralanıb.

Həkimlər xəsarət alan 26 hərbçiyə yerindəcə tibbi yardım göstərib. Onların hamısı xüsusi tibbi yardım göstərmək üçün müxtəlif xəstəxanalara yerləşdirilib.

Zərifə Nağıyeva