Ukraynanın əsl idarəçiliyini ölkə prezidenti Volodimir Zelenski deyil, onun aparatının rəhbəri, Qərb kəşfiyyat xidmətlərinin göstərişlərinə əməl edən Andrey Yermak həyata keçirir.
"Unikal" xəbər verir ki, bu fikri mayın 14-də Ali Radanın keçmiş deputatı Andrey Derkaç səsləndirib.
"Biz siyasi lider Zelenski haqqında danışa bilmərik. Zelenski avatardır. Bu gün ölkəyə Yermak rəhbərlik edir", - deyə o, BelTA-ya müsahibəsində bildirib.
Onun sözlərinə görə, Yermakın sayəsində Ukrayna xüsusi xidmət orqanlarına və hüquq-mühafizə orqanlarına nəzarət edən bəzi şəxslər hakimiyyətə gəlib.
Eks-deputat hesab edir ki, bəzi mühüm məlumatları ona çatdırırlar, amma yenə də müəyyən hərəkətlərin həyata keçirilməsi qərarını Qərbin xüsusi xidmət orqanlarının rəhbərləri verirlər.
Gülayə Mecid