Türkiyənin Ankara şəhərində FETÖ-nün hazırkı və gizli strukturları ilə bağlı aparılan araşdırmalarda 48 şübhəli barəsində həbs qətimkan tədbiri seçilib. 

"Unikal" xəbər verir ki, FETÖ/PDY-yə qarşı araşdırmalar Ankara Respublika Baş Prokurorluğunun Terror Cinayətləri İstintaq Bürosu tərəfindən aparılıb. 

Şübhəlilərin Hərbi Hava Qüvvələrində "məxfi xidmətlər" adlanan struktura bağlı olduqları və mülki imamlarla əlaqə saxladıqları müəyyən edilib.

Qeyd edək ki, bundan əvvəl Türkiyədə FETÖ üzvlərinə qarşı 62 vilayətdə “Çimdik-15” əməliyyatları keçirilib. Təşkilata üzv olan 544 nəfər saxlanılıb. 

Zərifə Nağıyeva