Gürcüstan parlamenti hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının təqdim etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edib.

"Unikal" xəbər verir ki, qanun layihəsinin lehinə 84, əleyhinə 30 deputat səs verib.

Bununla da ölkədə ciddi narazılığa və qarşıdurmaya səbəb olan qanun layihəsi qəbul edilib və yaxın bir neçə gün ərzində təsdiqlənmək üçün Prezident Salome Zurabişviliyə təqdim olunacaq.

Qeyd edək ki, qanunun qəbul olunmasını istəməyənlər parlamentin binası qarşısında etiraz aksiyası keçirirlər.