Cəmi 16 yaşında ikən "içimdə şeytan var" deyərək qəribə davranışlar sərgiləməyə başlayan Annelise Mişelin hekayəsi gündəmə gəlib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, həyat hekayəsi bir çox Hollivud film istehsalına ilham verən Mişel ona cin girdiyini, hörümçək və kömür yediyini, psixi cəhətdən qeyri-sabit olduğunu deyib.

Zaman-zaman huşunu itirən qız şeytan və cinlərin arxasınca düşdüyünü bildirib. Lakin ona heç kim inanmayıb və onun psixi sağlamlığının yerində olmadığı bildirilib. 

23 yaşında ölənə qədər bir çox mütəxəssis tərəfindən müayinə edilən gənc 18 ayda 67 dəfə ayrı-ayrı şeytan çıxarma ayini keçirib. Şeytanın səsini eşitdiyini və üzünü gördüyünü deyən qadın normal yaşamağa çalışıb. İt kimi hürən və öz sidiyini içən Mişel ailəsi hadisədən əvvəl Mişelin səhhətinin yaxşı olduğunu bildirib. 

Həkimlər epilepsiya diaqnozu qoysalar da, gənc qadın şeytanla əlaqə saxladığını və evdən qəribə qoxuların gəldiyini iddia edib. 

Almaniyada yaşadığı bölgədəki kilsənin keşişi Arnold Renz bəzi seanslarla qızı xilas etməyə çalışsa da, o həyata tutuna bilməyib. Mişel 23 yaşında qida çatışmazlığından dünyasını dəyişib.