Rusiya ilə münaqişənin hazırkı vəziyyəti Ukrayna üçün kritikdir.
"Unikal" xəbər verir ki, bu fikri ABŞ-ın dövlət katibi Entoni Blinken Kiyev Politexnik İnstitutunda çıxışı zamanı deyib.
"Gələcək həftələr və aylar ukraynalılardan çox şey tələb edəcək"-deyə Blinken bildirib.
Bundan əlavə, dövlət katibi bqeyd edib ki, yaxın günlərdə Ukraynaya əlavə Amerika yardımı döyüş meydanına gəlməyə başlayacaq.
Mayın 14-də səhər tezdən məlum olub ki, Amerika xarici siyasət idarəsinin rəhbəri Ukraynaya gözlənilməz səfərə gəlib. Dövlət katibi Kiyevə qatarla gedib.