Tbilisidə parlament binasının qarşısında keçirilən aksiyada 13 nəfər saxlanılıb.

"Unikal"  xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, onlar polisin qanuni tələbinə məhəl qoymama və xırda xuliqanlığa görə saxlanılıblar.

DİN aksiya zamanı yol verilən bütün qanunsuz halların araşdırılacağını bəyan edib.