Rusiyanın məşhur plastik cərrahı Timur Xaydarova məxsus “İQ Plastic” klinikasının cərrahiyyə şöbəsinin müdiri və həkimi saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Moskva qərargahının mətbuat xidməti məlumat yayıb.

Onlar pasiyentlərin həyat və sağlamlığının təhlükəsizliyi tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi ilə nəticələnən cinayət işi üzrə saxlanılıb. 

İdarədən verilən məlumata görə, təqsirləndirilən şəxslərin yaşayış yeri üzrə axtarışlar aparılıb. Hazırda müstəntiqlər həkimləri dindirir.