Yeni Zelandiya 28 nəfərin və 14 şirkətin anti-Rusiya sanksiyaları siyahısına daxil edildiyini açıqlayıb.
"Unikal" xəbər verir ki, bu barədəb ölkənin xarici işlər naziri Uinston Peters məlumat yayıb.
Yeni sanksiyalar paketinə əsasən, Yeni Zelandiya Şimali Koreya və İrandan Rusiyaya silah nəqli ilə əlaqəli olduğunu iddia etdiyi şəxsləri hədəfə alıb. Bundan əlavə, sanksiyalar “ukraynalı uşaqların Rusiyaya məcburi köçürülməsinə yardım edənlərə qarşı yönəlib”.
Ukraynadakı münaqişə ilə əlaqədar Yeni Zelandiya əvvəllər də Qərb ölkələrindən nümunə götürərək Rusiyaya qarşı sanksiyalar tətbiq edib.
Gülayə Mecid