Türkiyə Silahlı Qüvvələrinin baza ərazilərinə hücumun qarşısı alınıb.
"Unikal" xəbər verir ki, Türkiyə Milli Kəşfiyyat İdarəsinin (MİT) məlumatına görə, terror təşkilatı PKK/KCK üzvləri "Tufan Koçer" kod adlı Ahmet Bayar və "Mervan Zerevan" kod adlı Əhməd İbrahim Əl Əhməd Türkiyə Silahlı Qüvvələrinin İraqın Hakurk bölgəsindəki baza ərazisinə sızmaq üçün təlimat alıb.
MİT-in İraqın Hakurk bölgəsində keçirdiyi nöqtə əməliyyatında terrorçular zərərsizləşdirilib.
2012-ci ildə PKK-ya qoşulan "Tufan Koçer" kod adlı Ahmet Bayarın keçmişdə Suriyada fəaliyyət göstərdiyi və təşkilatın yüksək səviyyəli üzvlərinin mühafizəçisi vəzifəsində çalışdığı öyrənilib.
Gülayə Mecid