Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Gürcüstan Prezidenti və baş naziri ilə telefon danışığı aparıb.
"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.
Salome Zurabişvili və İrakli Kobaxidze ilə söhbəti zamanı o, bir daha Avropa gələcəyinə doğru gedən gürcüləri dəstəklədiyini qeyd edib: "Prezident Salome Zurabişvili ilə telefon danışığı zamanı mən Gürcüstandakı mövcud vəziyyəti müzakirə etdim, bundan sonra baş nazir İrakli Kobaxidzeyə zəng etdim. Mən bir daha bildirdim ki, gürcülərə Avropanın gələcəyi naminə işləmək prosesində kömək etməyi, o cümlədən gürcüstanlı vətəndaşların qanuni narahatlıqlarını həll etmək üçün ən yaxşı yolların tapılmasına kömək etməyi tam dəstəkləyirəm".
Ağarza Elçinoğlu