Dünən baş nazirin müavinləri səviyyəsində müşavirə keçirilib və demarkasiya protokolu imzalanıb. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Qarnik Danielyan bildirib.

"Azərbaycanla razılıq əldə olunub ki, körpü hissəsində (Kirants kəndi) proses dayandırılsın, hökumət Azərbaycan tərəfdən bir neçə ay vaxt istəyib ki, yolu başqa hissəyə keçirə bilsinlər", - deyə deputat açıqlayıb. 

Ağarza Elçinoğlu