Azərbaycan tərəfi Ermənistanın Tavuş vilayəti və Azərbaycanın Qazax rayonunda həyata keçirilən eyni formatda və alqoritmdə Ermənistanla demarkasiya prosesini davam etdirməyə meyllidir.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini, Azərbaycanla sərhədlərin müəyyənləşdirilməsi üzrə komissiyanın sədri Mher Qriqoryan hökumətin iclasında bildirib. 

"Görünür, razılıq var ki, bu prosesdə qəbul edilən prinsiplər reqlamentdə öz əksini tapsın və reqlament layihəsi üzərində iş intensiv şəkildə davam etdiriləcək. Bir daha təsdiq etmək istəyirəm ki, Azərbaycan tərəfi də sərhədlərin delimitasiyası prosesini bu dəfə istifadə etdiyimiz eyni formatda, eyni alqoritmlə davam etdirməyə meyllidir", - Qriqoryan deyib. 

Ağarza Elçinoğlu