Yaxın 8-10 gün ərzində qəbul edilmiş qərarların icrası məsələsi ilə məşğul olmalıyıq.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.
"10 gündür ki, Ermənistan Respublikasının sərhəd qoşunları Baganis-Voskepar bölməsində xidmət göstərir. Yəni, sərhəd dirəkləri quraşdırılandan indiyədək sərhəd qoşunları yerləşdirilib. İndi daimi xidməti həyata keçirmək üçün yeri öyrənirlər. Bu proses digər sahələrdə də baş verəcək", - Paşinyan əlavə edib.
Ağarza Elçinoğlu