Slovakiya polisi saxlanılan 71 yaşlı kişini  Baş naziri Robert Fitsonu qəsdən öldürməyə cəhddə ittiham edib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, kişini 25 il həbs gözləyir, o, hazırda kameradadır. 

Fitsoya sui-qəsd cəhdi mayın 15-də Slovakiyanın paytaxtı Bratislavadan 190 kilometr aralıda yerləşən Handlova şəhərində baş verib. Baş nazir helikopterlə xəstəxanaya aparılıb. Daxili İşlər Nazirliyi Fitsonun vəziyyətinin ağır olduğunu bildirib. Sui-qəsd zamanı hücumçu Nazirlər Kabinetinin rəhbərinə 5 atəş açıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, həmin şəxs siyasi motivlərlə çıxış edib. Slovakiya mətbuatında qeyd olunub ki, baş nazirin həyatına sui-qəsd 71 yaşlı yazıçı Juraj Cintula tərəfindən edilib və o, R.Fitsonu hökumət iclasının keçirildiyi yerə yaxın olan insanları qarşılamağa gələn zaman güllələyib.

Gülayə Mecid