Ukrayna Prezidenti Vladimir Zelenski Xarkova gedib.
"Unikal" xəbər verir ki, bu barədə Prezident Zelenski "Telegram" hesabında məlumat verib.
O bildirib ki, Xarkov vilayətində, Volçansk və Liptsı rayonlarında əməliyyat vəziyyəti, vəzifələr və ehtiyaclar müzakirə olunub.
"Həmçinin döyüş vəziyyətinin perspektivləri, yaxın günlərdə və həftələrdə təhlükələr və bizim, Ukraynanın Rusiyanın hücum planlarına qarşı çıxmaq imkanları ətraflı təhlil olunub. Bu gündən Xarkov vilayətində vəziyyət ümumilikdə nəzarət altındadır, əsgərlərimiz işğalçıya xeyli itki verir".