Əlcəzairdə 17 yaşında ikən yoxa çıxan şəxs 27 ildən sonra qonşunun tövləsində tapılıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Celfe vilayətində qeydə alınıb.
17 yaşında yoxa çıxan və öldüyü güman edilən Ömər bin Omran 27 ildən sonra qonşusunun samanla dolu zirzəmisində sağ tapılıb. Əlcəzair polisi itkin düşən şəxsin illərlə zorla ot tayasında saxlandığını açıqlayıb.
Faktla bağlı cinayət işi açılıb. 61 yaşlı qonşu isə saxlanılıb.