İran Prezident İbrahim Rəisini tapmaq üçün Türkiyədən gecə görünüşlü axtarış-xilasetmə helikopteri istəyib.

"Unikal" xəbər verir ki, bu barədə TRT məlumat yayıb. 

AFAD-dan bildirilib ki, Van və Ərzurumdan 32 alpinist axtarış-xilasetmə personalı və 6 texniki vasitə yola düşüb.

*** 21:34

"İranda helikopter qəzası ilə bağlı baş verənləri kədərlə izləyirik. Ümid edirik ki, prezident və rəsmilər sağdır".

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin məlumatında deyilir. 

“İranda helikopter qəzası ilə bağlı axtarış-xilasetmə fəaliyyətlərinə hər cür dəstəyin göstərilməsi üçün hərəkətə keçilib”, - məlumatda qeyd edilir.