İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəzaya uğradığı ərazidə axtarış qruplarının sayı 65-ə çatdırılıb.

"Unikal" xəbər verir ki, bu barədə İran Qızıl Aypara Cəmiyyətinin operativ qərargahı məlumat yayıb.

Qrupların sayının artırılması qaranlıq düşməsi və dumanlı hava şəraiti ilə əlaqədardır.