İranın birinci vitse-prezidenti Məhəmməd Möhbərin sədrliyi ilə hökumətin növbədənkənar kollegiya iclası keçirilib.

"Unikal" xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb. 

İclasda İran prezidentinin helikopterinin ağır eniş etməsi xəbəri müzakirə olunub və müşavirə üzvlərinə tapşırıqların icrasını izləmək tapşırılıb. 

Hökumətin iclasının davamında birinci vitse-prezidentin əmri ilə səhiyyə naziri və icra başçısının müavini qəza zonasına ezam olunub.

Ağarza Elçinoğlu