İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Ali Baş Komandanı general-mayor Pasdar Hossein Salami, Quru Qoşunlarının komandanı və Korpusun bir qrup komandiri İran prezidentinin helikopterinin qəzaya uğradığı bölgəyə gedib.

"Unikal" xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb. 

Generallar işi araşdırmaq və axtarışları sürətləndirmək üçün bölgəyə səfər ediblər. 

Hazırda Mes Sonqun qərargahında bir qrup nazir, İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı, vitse-prezident və bir qrup rəsminin iştirakı ilə böhran qərargahının iclası keçirilir. 

Ağarza Elçinoğlu