Xəbər verdiyimiz kimi, İran prezidentinin qəzaya uğrayan helikopteri tapılıb. 

"Unikal" xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb. Helikopterin qəzaya uğradığı yerdən ilk foto da dərc olunub. 

Yerli KİV helikopterdə olanların hamısının öldüyünü iddia edir. Belə ki, prezidentin helikopteri tamamilə yanıb. 

Qeyd edək ki, helikopterin göyərtəsində prezident İbrahim Rəisi ilə bərabər Höccətül-İslam Seyid Məhəmməd Əl Haşemi, İmam Cümə Təbrizi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Şərqi Azərbaycanın qubernatoru Malik Rəhməti, pilot, ikinci pilot, sərnişin köməkçisi, mühafizə dəstəsinin rəhbəri və mühafizəçilərdən biri olub.

Ağarza Elçinoğlu