İyunun 3-dən 11-dək Moldovanın Tiraspol şəhərində yoldaşlıq turnirində iştirak edəcək Azərbaycan U-19 millisinin heyəti açıqlanıb.
"Unikal" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, seleksiya xarakterli oyunlardan sonra U-19-a cəlb olunan futbolçular mayın 27-dən iyunun 2-dək Bakıda təlim-məşq toplanışı keçəcəklər.
Moldovada baş tutacaq turnirdə komandamızın rəqibləri Qazaxıstan, Türkiyə və meydan sahibləri olacaq. U-19 Qazaxıstan və Moldovadan olan həmyaşıdları ilə Tiraspolun “Şerif” stadionunda, Türkiyənin U-20 komandası ilə Benderin “Dinamo” stadionunda qarşılaşacaq.
Seçmənin heyəti belədir: Sadiq Məmmədzadə, Raul Zeynallı (ikisi də "Səbail"), Nicat Qaragözlü, Surxay Nəbiyev, Murad Məmmədov (hamısı "Neftçi"), Murad Ağamalıyev, Kənan Feyziyev, Nadir Orucov, Vüsal Paşayev, Sənan Muradlı, Nihad Əhmədzadə, Toğrul Tapdıqlı (hamısı "Sumqayıt"), Hüseyn Hüseynov ("Turan Tovuz"), Nihad Əliyev, Emil Bünyadzadə, Əşrəf Ələkbərli, Elton Mikayılov (hamısı "Qarabağ"), Rəvan Qaraəhmədov ("Zirə"), Elgün Dünyamalıyev, İlkin Cəfərli, Şahin İbrahimov, Niyazi Osmanov (hamısı "Sabah"), İlkin Budaqov, Qədir Ramazanov (ikisi də "Qəbələ").