Martın 17-dən bəri Meksikada rekord istilər səbəbindən azı 90 nəfər ölüb.
"Unikal" xəbər verir ki, bu barədə Meksika Səhiyyə Nazirliyinin dərc etdiyi həftəlik hesabatda deyilir.
“Cari isti mövsümdə yüksək temperaturla bağlı 90 ölüm faktı qeydə alınıb”, - deyə məlumatda bildirilib.
Ən çox insan - 25 nəfər Körfəz sahilindəki Verakruz ştatında və qonşu Tabasko ştatında (15 nəfər) ölüb.
Səhiyyə Nazirliyi də yaxın günlərdə ölkədə həddindən artıq yüksək temperatur dalğasının davam edəcəyini proqnozlaşdırır. Aşağı Kaliforniya və Sonora ştatlarında temperatur 45 dərəcəni keçəcək.