Rusiya Ermənistana etiraz notası göndərib. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məlumat verib. 

Buna səbəb Ermənistan nümayəndə heyətinin Buçaya səfər etməsi olub.

Onun sözlərinə görə, Moskva Ermənistan nümayəndələrinin Ukraynanın bu şəhərinə səfərini, eləcə də Rusiyaya ünvanlanan qəbuledilməz bəyanatları və Kiyevə humanitar yardımın göstərilməsini qeyri-dost addım kimi qiymətləndirir.