Rusiyanın Kalmıkiya Respublikasının Yaşkul bölgəsində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
"2024-cü il iyunun 10-da Kalmıkiya Respublikasının Yaşkul rayonunda yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, Cənub Nəqliyyat Prokurorluğunun tapşırığı ilə Həştərxan Nəqliyyat Prokurorluğu uçuşların təhlükəsizliyinə dair qanunvericiliyin icrası ilə bağlı yoxlama təşkil edib", - məlumatda deyilir.
Hadisə nəticəsində ölən və ya yaralıların olduğu açıqlanmayıb.
Ağarza Elçinoğlu