Rusiya prezidenti Vladimir Putin ölkənin Müdafiə Nazirliyinin rəhbəri Andrey Belousovu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının tərkibinə daxil edib.
"Unikal" xəbər verir ki, müvafiq fərman hüquqi aktların rəsmi dərci portalında dərc olunub.
Sənədə əsasən, Belousov Təhlükəsizlik Şurasına onun daimi üzvü kimi daxil edilib.