Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Pavel Muraveyko bildirib ki, Rusiya ilə qeyri-strateji nüvə qüvvələri ilə birgə təlimlər Belarus Silahlı Qüvvələrinin xüsusi nüvə silahından istifadə etməyə hazır olduğunu göstərib.
"Unikal" xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Onun sözlərinə görə, bu cür təlim və qeyri-strateji nüvə silahlarından istifadə ilə bağlı mühüm məsələlərin işlənib hazırlanması hazırlığın artırılması yollarından biridir.
"Nəticələri yekunlaşdıracağıq, amma indi əminliklə deyə bilərəm: Belarus Silahlı Qüvvələrinin bölmələri xüsusi nüvə silahlarından istifadə etməyə hazırdır", - Muraveyko bildirib.
Gülayə Mecid